Astana görüşündə rejimlə müxalifətin nümayəndələri olacaq

Yanvarın 23-də Qazaxıstanın paytaxtı Astanada Suriyaya dair keçiriləcək görüş ikitərəfli xarakter daşıyacaq.“Ria Novosti”nin verdiyi məlumata görə, görüşdə ölkənin hökumət və müxalifət qüvvələri təmsil olunacaq. Bu barədə Suriya müxalifətinin Danışıqlar üzrə ali Komitəsinin üzvü Naser əl-Hariri bildirib. “Astanada ancaq bizim və rejimin nümayəndələrheyəti olacaq. Bu barədə ötən ilin dekabrında Ankarada bağlanmış müqavilədə qeyd olunub”, - Hariri söyləyib. Onun sözlərinə görə, nümayəndələrin siyahısında hərbçilər və siyasətçilər olacaq.Qafqazinfo.az

DİGƏR XƏBƏRLƏR

Top