Qanunsuz ov edən ərəblərlə bağlı daha bir AÇIQLAMA


"Ekologiya və Təbii Sərvətlər Nazirliyində sosial şəbəkələrdə əcnəbi turistlərin hərəkətləri ilə bağlı vəzifə səhlənkarlığına yol verən şəxslərlə bağlı işçi qrup yaradılıb və xidməti araşdırmalar başlanılıb".

Bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov “Ekspert saatı”nda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə işlər davam edir: “Hər hansı əməkdaşın qanun pozuntusuna yol verdiyi aşkar olunarsa, onlarla bağlı ciddi tədbirlər görüləcək və bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”.
Bəhruz Məhəmmədov həmçinin Acınohur ərazisində ev quşlarına təlim keçərkən qanunu pozan şəxslərin adlarını da açıqlayıb. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini bildirib ki, həmin şəxslər qanunvericiliyə uyğun olaraq, ən yüksək məbləğdə cərimə olunublar: “Rubel Muhammad barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi, 1 baş boz durnanı qanunsuz ovlayan Raşad İcaber adlı şəxs və özünə məxsus şahin quşu ilə 4 baş bildirçini ovladığına görə Abdulmaced Çemçi barəsində 272.3-cü maddə üzrə  protokol tərtib olunub. Onlara qanunvericilikdə nəzərdə tutulmuş ən yüksək cərimə tətbiq edilib- İnzibati Xətalar Məcəlləsinin maddələri və Nazirlər Kabinetinin 176 nömrəli qərarı ilə 4056 manat cərimə olunublar. Həmin faktlarla bağlı bayram və qeyri-iş günləri olmasına baxmayaraq, ictimaiyyətə məlumat verilib”.

DİGƏR XƏBƏRLƏR

Top