Əli Əliyevdən "Tərtər işi" ilə bağlı iddialar: "İnsanları bir-birinə bağlayıb..." - VİDEO


"Azərbaycanda "Tərtər işi"nə ən azı 2 min nəfər adam cəlb edilib".
Yeniavaz.com
xəbər verir ki, bu iddianı Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev “Yeni Müsavat”ın efirində canlı yayımda çıxış edərkən səsləndirib. O iddia edib ki, həmin şəxslərə müxtəlif işgəncələr verilib: "2 min nəfər adama elektrik cərəyanı verilib. Xlorlu suya başı salınıb. Əl-ayağı bağlı adamlar ikinci mərtəbədən guya tullanıblar. Əl-ayağı bağlı adam ikinci mərtəbədən atılıb asfaltın üzərinə. Görüblər ki, vaxtları çatmır, insanları bir-birinə bağlayırlarmış, əl-ələ, birinə gərginlik verib, digərlərinin üzərində eksperiment edirlərmiş. Bu adamların müxtəlif bədən nayihələri enerjidən partlayırmış. Bu Azərbaycanda baş verib, Quantanamoda yox. İşgəncələrin verildiyi hərbi hissələr məlumdur. Niyə hökumət bu barədə susur?”.
Əli Əliyev işgəncə proseslərində Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədovun və Müdafiə Nazirliyinin bir sıra vəzifəli şəxslərinin iştirak etdiyini iddia edib.
Ə. Əliyevin sözügedən çıxışını təqdim edirik:

İddialarla bağlı Müdafiə Nazirliyi ilə əlaqə saxlamağa çalışsaq da zənglərimiz cavabsız qaldı.
Tərtər Rayon İcra Hakimiyyətindən isə ehtiyac yaranarsa məsələ ilə bağlı açıqlama veriləcəyini bildirdilər.
Xatırladaq ki, 2017-ci ilin may ayında Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə bəyanat verərək, bir qrup hərbçinin Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluq ittihamı ilə tutulduğunu bildirdilər.
Həmin tarixdən etibarən mətbuatda “Tərtər işi” kimi təqdim olunan sözügedən istintaq prosesi ilə bağlı, işgəncə və zorakılıq iddiaları səsləndirilir.

DİGƏR XƏBƏRLƏR

Top