Minalanmış ərazilərin xəritəsinin verilməsi ilə bağlı Ermənistanda cinayət işi açıldı


Qarabağdakı minalanmış ərazilərin xəritəsinin Türkiyə xüsusi xidmət orqanlarına verilməsi iddiası ilə bağlı Ermənistanda cinayət işi açıldı.
Yeniavaz.com
“news.am”a istinadla xəbər verir ki, bu gün Ermənistanda Minalanmış ərazilərin xəritəsinin Türkiyəyə verilməsi iddiası ilə əlaqədar cinayət işi başladılıb. 
Xatırladaq ki, bir müddət əvvəl Qarabağdakı separatçılar minalanmış ərazilərin xəritəsinin İngiltərəyə aid “Halo Trust” şirkəti tərəfindən Türkiyə xüsusi xidmət orqanlarına verildiyini açıqlamışdılar. Həmin şirkət isə məlumatı təkzib etmişdi.
Məlumat üçün deyək ki, Ermənistan minalanmış ərazilərin xəritələrini Azərbaycana verməkdən müxtəlif bəhanələrlə imtina edib. Müxtəlif qurumlar tərəfindən edilən çağırışlara baxmayaraq Ermənistan hökuməti hələ də bu istiqamətdə heç bir addım atmayıb. 
 

DİGƏR XƏBƏRLƏR

Top