85 yaşlı bəy 86 yaşlı gəlin


ABŞ-ın Nyu Cersey ştatında baş tutan qeyri adi toy insanların maraq dairəsinə çevrilib. “Yeniavaz.az”, Türkiyə mətbuatına istinadən xəbər verir ki, 86 yaşlı Milli Teylor və iki ay əvvəl 85 yaşını qeyd edən Herold Morrison ailə qurub. Belə ki, 86 yaşlı gəlin toyunda öz hazırladığı bənövşəyi rəngli gəlin donunu geyinib. İkinci dəfə ailə həyatı quran Taylorun 41 il evli olduğu ilk həyat yoldaşı 25 il əvvəl vəfat edib. Cütlük, toylarında qeyri adi rəqslər edərək gənclərdən geri qalmayıblar. Hətta bəy, ilk həyat yoldaşını da öz toyuna dəvət edib.

Gülarə Kərimova

DİGƏR XƏBƏRLƏR

Top