İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Təbrik” şadlıq sarayının sahibi olan “Faiq-S” Firmasına qarşı məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com xəbər verir ki, məhkəmə iclası bu gün - 30.03.2021-ci il tarixində Bakı Kommersiya Məhkəməsində hakim Emin Əliyevin sədrliyi ilə keçiriləcək.
Məlumat üçün bildirək ki, qanuni təmsilçisi Rəhimov Natiq Saleh oğlu olan “Faiq-S” Firmasının dövlət büdcəsinə 41 min 669 manat 74 qəpik vergi borcu var.