Peskov: “ABŞ-ın Rusiya ilə güclü tərəf kimi danışmasına Putin icazə verməyəcək”


“Putin Amerika Birləşmiş Ştatlarının və ya hər hansı başqa bir ölkənin ona qarşı güclü tərəf kimi danışmasına icazə verməyəcək”.
Yeniavaz.com
xəbər verir ki, bu fikri  Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov "Arqumentı i Faktı" qəzetinə müsahibəsi vaxtı səsləndirib:
“Bu mümkün deyil. Amerikalılar təkrarlayıb dururlar ki, hər kəslə güc mövqedən danışacağıq. Rusiya prezidenti Vladimir Putin, nə amerikalıların, nə də başqa birinin bizimlə bu formada danışmasına icazə verməyəcək”.
ABŞ-la diplomatik münasibətlərin kəsilməsinin mümkün olub-olmadığına dair sualı cavablandıran Peskov bu barədə danışmaq istəmədiyini bildirib. Bundan başqa sözçü Rusiya və ABŞ-ın danışa biləcəyi ortaq mövzuların olub-olmadığı suala müsbət cavab verib:
"Buraya strateji sabitlik, silaha nəzarət, regional münaqişələrin həlli, ABŞ-ın rolunun müəyyən praktik əhəmiyyətə sahib ola biləcəyi münaqişələrin həlli məsələləri daxil ola bilər".
O həmçinin Rusiyanın ABŞ-dakı səfirinin geri çağırılması məsələsinə də toxunaraq bunun iki dövlət arasındakı məsələlərlə əlaqəli olduğunu vurğulayıb.
 

DİGƏR XƏBƏRLƏR

Top