Myanmada ordu tərəfindən öldürülən etirazçıların sayı 500-ü ötdü


Myanmada qiyamçı orduya qarşı kütləvi etirazlar davam edir.
Yeniavaz.com
“Reuters”ə istinadla xəbər verir ki, Myanmada təhlükəsizlik qüvvələri tərəfindən daha 2 etirazçı öldürülüb. Nəticədə, fevralın əvvəlindən başlayan etirazlarda bu günə öldürülənlərin sayı 500-ü ötüb.
Qeyd edək ki, fevralın 1-də Myanmada ordu hakimiyyəti ələ keçirib. Xalq isə kütləvi şəkildə tətillərə qoşularaq qiyamçı orduya qarşı çıxır.
 

DİGƏR XƏBƏRLƏR

Top