Mingəçevirdə 35 yaşlı qadın hamamda ölü tapılıb


Mingəçevirdə 34 yaşlı qadın hamamda vəfat edib.

Yeniavaz.com xəbər verir ki, hadisə Aydın Məmmədov küçəsi 8/5 ünvanında yerləşən mənzillərdən birində qeydə alınıb. Orada yaşayan, 1987-ci il təvəllüdlü Bayramzadə Əfsanə İlyas qızınin hamamda dəm qazından boğularaq öldüyü deyilir. Amma qadının yaxınlarının szlərinə görə, Əfsanə şəkər xəstəsi olub: "Onun şəkəri yüksək həddə qalxıb. Həkimə getmək üçün vanna otağına girib. Elə ordaca huşunu itirib yıxılıb. Vanna otağında heç bir qaz problemi olmayıb".
Hadisə yerində olan qaz idarəsinin işçiləri də vanna otağında yoxlama aparıblar və bildiriblər ki, hadisə qaz sızmasından baş verməyib. Hadisə yerində olan hüquq-mühafizə orqanları bildiriblər ki, meyit müayinə olunduqdan sonra hadisənin baş vermə səbəbləri bilinəcək.
Faktla bağlı şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top