“AstraZeneca” peyvəndinin adı dəyişdirildi


İngiltərə-İsveç şirkətlərinin ortaq hazırladığı “AstraZeneca” peyvəndinin adı dəyişdirilib.
Yeniavaz.com
xarici KİV-ə istiandla xəbər verir ki, peyvəndin yeni adı "Vaxzevria” adlandırılıb. Bu barədə İsveç Tibb İdarəsinin saytında məlumat verilib. Bildirilib ki, Avropa Dərman Agentliyində 25 martda AstraZeneca tərəfindən ünvanlanmış müraciətə baxıldıqdan sonra peyvənd üçün yeni ad təsdiqlənib.
Xatırladaq ki, damarlarda tromba səbəb olması barədə yayılan xəbərlərdən sonra dünyada bir çox ölkə “AstraZeneca” peyvəndinin istifadəsindən imtina etmişdi.
 

DİGƏR XƏBƏRLƏR

Top