Kanada Rusiya vətəndaşlarına və şirkətlərinə qarşı sanksiya tətbiq etdi


Kanada hökuməti Krıma görə Rusiyaya qarşı sanksiyaların uzadılacağını bildirib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, açıqlama Kanada Xarici İşlər Nazirliyi tərəfindən verilib. Belə ki, nazirlik Krım məsələsinə cavab olaraq 2 Rusiya vətəndaşına, eləcə də 4 Rusiya şirkətinə qarşı yeni sanksiyalar tətbiq edib.
Nazirlik həmçinin bildirib ki, Rusiya Krımda yaşayan insanların hüququnu tapdalayaraq, öz vətəndaşlarını qanunsuz olaraq Krıma yerləşdirir.
Rusiyanın Ottavadakı səfirliyi məsələyə münasibətini bildirirək qərarın tamamilə boş olduğunu vurğulayıb. Səfirlik bu məsələdə tarixin təhrif olunduğuna, yalana əl atıldığına, həqiqətə məhəl qoyulmadığına, beynəlxalq hüquqa və humanitar prinsiplərə zidd olduğuna diqqət çəkib.

DİGƏR XƏBƏRLƏR

Top