Səudiyyə Ərəbistanı koronavirusla mübarizə çərçivəsində Kəbə və Məscidi Nəbəvidə Ramazan ayı üçün hazırlıqları tamamlayıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu il Ramazan ayına xas olan bir sıra ibadətlərə dəyişiklik edilib. Belə ki, Ramazana məxsus olan təravih namazları bu il Kəbə və Məscidi Nəbəvidə 20 rəkat yerinə, 10 rəkatla tamamlanacaq. Dini ibadətlərin cəm şəkildə həyata keçirildiyi yerlər qapalı olacaq. Bundan başqa namaz qılınan vaxtlarda insanların yaş qruplarına diqqət ediləcək və hər yaş qrupu onlara ayrılmış yerlərdə ibadətlərini yerinə yetirəcək.