Paşinyan Ayvazyanı Türkiyəyə görə istefaya göndərir – Erməni KİV


Ermənistanın Xarici İşlər naziri Ara Ayvazyanın istefaya göndəriləcəyi iddia edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə "168 Zham" xəbər yayıb. Bildirilib ki, Ara Ayvazyan 2020-ci ilin dekabr ayında Moskvaya səfəri zamanı Türkiyəyə qarşı işlətdiyi sərt ifadələr, baş nazir Nikol Paşinyan tərəfindən xoş qarşılanmayıb. Bu səbəblə ikisi arasında fikir ayırılıqları başlayıb və nəticədə, Paşinyan Ayvazyanı istefaya göndərmək qərarına gəlib. 
Xatırladaq ki, Ayvazyanın istefa verəcəyi xəbəri Ermənistan mətbuatında bir neçə gün əvvəl yayılmağa başlayıb. 

DİGƏR XƏBƏRLƏR

Top