Sülhməramlılar Kəlbəcərə 80 ton yükün çatdırılmasını təmin edib


Rusiya sülhməramlı qüvvələri Kəlbəcərə humanitar yüklərin çatdırılmasını təmin edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi xəbər yayıb. Verilən məlumatlara görə, sosial obyekt və yaşayış evlərinin enerji və su təminatı sistemlərinin bərpası üçün Humanitar Yardım Mərkəzinin 15 yük avtomobili və müşayiət edən maşınlardan ibarət karvanı Kəlbəcər rayonuna 80 ton yük çatdırıb.
Qeyd edək ki, sülhməramlılar bu günə qədər 1 600 ton yükün çatdırılmasını təmin edib.

DİGƏR XƏBƏRLƏR

Top