Putin haqqında maraqlı faktlar: "Çəkindiyi yeməklər, geyimi, dil bilikləri, hobbisi..."


Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov prezident Vladimir Putin haqqında maraqlı faktları açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, Peskov “Arqumentı i faktı” qəzetinə müsahibəsində Putinin sadə yeməklər yediyini, eyni geyimlərdən istifadə etdiyini bildirib:
“Putin ən sadə yeməkləri yeyir, lakin nişastanın az olmasına diqqət edir. Geyimlərə gəldikdə isə o, eyni kostyumları, eyni köynəkləri geyinir, modanı isə izləmir. Əsas hobbisi oxumaqdır. Əsasən tarixi ədəbiyyat, xatirələri və sair oxumağı sevir. Qəzetlərə abunə olur. Təyyarəsində qəzetlər olur”.
Peskov Putinin dil bilikləri və onu necə qoruya bildiyi barədə də danışıb:
“Putin Alman televiziya kanallarına baxır, digər televiziya kanallarını isə ingilis dilində izləyir. Hər gün yox ancaq bu proses həftədə bir neçə dəfə təkrarlanır. Bunlar qısa, lakin müntəzəm seanslardır”. 
Jurnalist daha sonra Putinin ev heyvanı bəsləyib-bəsləmədiyini soruşub. Peskov isə “Putinin yanında itlər olub ancaq, heç vaxt pişik görməmişəm” - deyə bildirib.

DİGƏR XƏBƏRLƏR

Top