Putin sosial şəbəkədə yayılan xəbərləri necə öyrənir? – Sözçüsündən AÇIQLAMA


Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putin haqqında maraqlı məqamları açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, Peskov "Argumenty i Fakty" qəzetinə verdiyi müsahibəsində Putinin sosial şəbəkələrdə baş verənlərdən necə xəbər tutması barədə sualı cavablandırıb. O bildirib ki, Rusiya prezidenti sosial şəbəkələrdən şəxsən istifadə etmir:
“Prezident özü sosial şəbəkələrdə yoxdur. Orada yayılan xəbərləri isə ona dostları və qohumları göstərir. Putin şəxsən sosial şəbəkələrdən istifadə edib, vaxt itirmək istəmir”. 
Daha sonra jurnalist, “belə çıxır ki, Putin yalnız ona göstərilən xəbərlər qədər məlumatlı olur” - deyə sual ünvanlayıb. Peskov isə “prezidentin o qədər zəngin bir informasiyaları var ki, ondan informasiyaları gizlətmək mümkün deyil” - deyə cavab verib. 

DİGƏR XƏBƏRLƏR

Top