Peskov: “Hər kəs Putinin müharibəni dayandırmasındakı şəxsi rolunu xatırlamalıdır”


"Hər kəs Putinin müharibəni dayandırmasındakı şəxsi rolunu xatırlamalıdır".
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov "Argumenty i Fakty" qəzetinə verdiyi müsahibəsində deyib. Müsahibə zamanı jurnalist Peskova belə bir sual ünvanlayıb:
"Qarabağ hadisələrindən sonra Zaqafqaziya respublikalarını dost kimi tamamilə itirəcəyimiz qorxusu varmı? Ermənistanda daxili qarışıqlıq var və Azərbaycan getdikcə Türkiyəyə daha çox yaxınlaşır".
Prezidentin mətbuat katibinin cavabı isə belə olub:
“Azərbaycanla qarşılıqlı hörmətə əsaslanan mükəmməl, etibarlı münasibətlərimiz var. Onlar olduqca çox aspektlərə malik ola bilər, hansı ki, qarşılıqlı fayda gətirir. Ermənistanla tarixən yaxşı münasibətlərimiz olub. Bizim böyük sayda inteqrasiya proseslərimiz var ki, Ermənistana sanballı fayda gətirir. Həm siyasi, həm iqtisadi. Baş verənlərə gəlincə... Yəqin ki, hər kəs Putinin müharibəni dayandırmasındakı şəxsi rolunu xatırlamalıdır”.

DİGƏR XƏBƏRLƏR

Top