Emin Mahmudov: Qələbə qazanmağa çalışacağıq


Serbiya çox çətin rəqibdir. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə əldə edək. Qələbə qazanmağa çalışacağıq.

AZƏRTAC xəbər verir ki, bunu dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda Serbiya millisini qəbul edəcək Azərbaycan yığmasının futbolçusu Emin Mahmudov martın 29-da təşkil olunan mətbuat konfransında deyib.

Futbolçu bildirib ki, əsas komandanın kollektiv şəkildə çıxış etməsidir. Etiraf etmək lazımdır ki, Serbiya yığmasının üzvləri daha üstündürlər. Oyun ərzində bir saniyə konsentrasiyanı itirsək, qol vura bilərlər. Daha çox topla oynamağa çalışmalıyıq. Mən də əlimdən gələnin maksimumunu etməyə, milliyə xeyir verməyə çalışacağam.

Qeyd edək ki, Azərbaycan-Serbiya oyunu martın 30-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Seçmə mərhələnin “A” qrupunda Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburq komandaları mübarizə aparır.

DİGƏR XƏBƏRLƏR

Top