Moskvada metro qatarının altına düşən milyonçu imiş - FOTO


Martın 21-i Moskvada “Dmitrovskaya” metrostansiyasında qatar altında qalaraq dünyasını dəyişən şəxsin kimliyi məlum olub.

Yeniavaz.com “Komsomolskaya pravda”ya istinadən xəbər verir ki, həmin şəxs 72 yaşlı iş adamı, milyonçu Valeri Baqdasarovdur. 

“Təcili yardım xidmətləri qatarın altına girməyi bacardıqda, mərhum 72 yaşlı iş adamı Valeri Baqdasarovun cəsədini tapıblar. Qatarın təkərləri onun başını üzüb. Belə şəraitdə yaşamaq üçün heç bir şansı yox idi. Ölən kişinin cəsədi relslərdən qaldırılaraq məhkəmə morquna aparılıb" , - hüquq-mühafizə orqanlarından bildirib.

Əməliyyatçılar ilk növbədə böyük bir kənd təsərrüfatı firmasının qurucusu olan milyonerin metrodan niyə istifadə etdiyini anlamağa çalışırlar. Valeri Bağdasarovun stansiyada tam olaraq nələr etdiyini, habelə adamın necə və hansı şəraitdə relslərə düşdüyünü istintaq müəyyən edəcək.

Qeyd edək ki, V. Baqdasarov bitki qoruma məhsulları və seolitdən məhsullar istehsal edən QSC PG "Alsiko" kənd təsərrüfatı sənaye qrupunun təsisçisi və idarə heyətinin sədridir. 

 

 

DİGƏR XƏBƏRLƏR

Top