Fələstinin siyasi gücləri arasında birliyin olmaması problemin həllinə mane olur

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Fələstin xalqının əsas probleminin adı çəkilən ölkənin siyasi gücləri arasında birliyin olmamasında olduğunu söyləyib. "Yeniavaz.com"un RİA Novostiyə istinadən verdiyi məlumata görə, Sergey Lavrov Fələstinin aparıcı partiya və siyası hərəkatlarının nümayəndələri ilə görüşündə deyib: "Birliyin olmaması Fələstinin problemlərinin həllinə mane olur. Biz belə hesab edirik ki, Fələstin xalqının hüquqlarının beynəlxalq səviyyədə təmin edilməsi üçün heç də sadə olmayan, ancaq bu günkü reallığı nəzərə alan güzəştlərə gedilməlidir",-deyib.

Buna paralel olaraq Lavrov onu da qeyd edib ki, Rusiya Fələstin xalqının birliyinin bərpa edilməsinin tərəfdarıdır: "Biz anlayırıq ki, hamımızı bütün qonşuları ilə çiyin-çiyinə və təhlükəsiz şəraitdə yaşamağı bacaran müstəqil Fələstin dövlətinin yaradılması birləşdirir."

Lavrov bu müstəvidə də bir neçə gün əvvəl Beyrutda keçirilən Fələstin Milli Şurasının hazırlıq komitəsinin iclasında qəbul edilən bəyənnaməni milli birlk hökumətinin yaradılması istiqamətində atılan uğurlu addım kimi dəyərləndirib.

DİGƏR XƏBƏRLƏR

Top