
“Mənə həm Onik Qasparyanın, həm də Baş Qərargahın generallarının sözdən başqa heç bir addım atmayacağı aydın idi”.
Yeniavaz.com “news.am”a istinadla xəbər verir ki, bu sözləri Ermənistan prezidenti Armen Sarkisyan deyib. O bildirib ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı dövlət çevrilişi üçün addım atmayacaqdı:
“Onik Qasparyanla dəfələrlə görüşdüm. Onunla nə danışdığımızı deməyəcəyəm. Ancaq, generallarla söhbətim vaxtı mənə aydın olmuşdu ki, nə Qasparyan nə də digər generallar dövlət çevrilişi etməyəcək”.