Rusiyada “Sputnik Light” peyvəndinin istifadəsi təsdiqləndi


Rusiya “Sputnik Light” adlı tək dozalı koronavirus peyvəndini təsdiqləyib.
Yeniavaz.com “TASS” a istinadən xəbər verir ki, peyvəndin qeydə alınması qərarı Rusiyanın Səhiyyə Nazirliyi tərəfindən verilib. Ötən həftə peyvəndin klinik testləri tamamlanıb. Peyvəndin hazırlanmasında məqsəd yoluxma nisbətinin yuxarı olan ölkələr üçün müvəqqəti çıxış yolu olduğu bildirilib.
Rusiyada isə iki dozalı “Sputnik-V” peyvəndinin hələ də istifadə olunacağını açıqlanıb.
 

DİGƏR XƏBƏRLƏR

Top