Heydər Əliyev prospektində ağır yol qəzası baş verib - FOTO - YENİLƏNİB

Heydər Əliyev prospektində baş verən ağır yol nəqliyyat hadisəsi səbəbindən hazırda Heydər Əliyev prospekti “Koroğlu” m/st-sı istiqamətində əsas yolda hərəkət məhdudlaşdırılıb. 

Bakı Nəqliyyat Agentliyindən verilən xəbərə görə, bu səbəbdən də hazırda “Koroğlu” istiqamətində kənar yolda, eləcədə Xətai prospektindən və Yusif Səfərov küçəsindən Heydər Əliyev prospektinə çıxışda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Sıxlıqla əlaqədar Heydər Əliyev prospektindən keçən bütün marşrut xətləri üzrə avtobusların hərəkətində çətinliklər yaranıb.

***18:16
Bakının Heydər Əliyev prospektində (Bağırov körpüsü adlanan hissədə) ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. 

"Qəza səbəbindən hazırda prospektdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur", - məlumatda qeyd olunub.

DİGƏR XƏBƏRLƏR

Top