Rusiya bu azərbaycanlını beynəlxalq axtarışa verdi - FOTO


Rusiya hüquq-mühafizə orqanları terrorçuluqda təqsirləndirilən azərbaycanlını İnterpol vasitəsilə axtarışa verib.

Yeniavaz.com xəbər verir ki, bu barədə İnterpolun rəsmi saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd olunub ki, Masallının Kolatan kəndində anadan olan, 34 yaşlı Teymur Cəfərov terrorçuluqda, terror təşkilatının fəaliyyətində iştirak etməkdə və qanunsuz silahlı birləşmənin tərkibində vuruşmaqda təqsirləndirilir.
Bu səbəblə həmin azərbaycanlı Rusiya tərəfindən beynəlxalq axtarışa verilib.

 

DİGƏR XƏBƏRLƏR

Top