Ermənistanda yeni növ koronavirusa yoluxan və ölənlərin sayının artması səbəbilə karantin rejimi sərtləşdirilir.
Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan göstəriş verib. O bildirib ki, ölkədə koronavirus durmadan artır, bu səbəblə daha sərt tədbilərin görülməsinə ehtiyac var:
“Ermənistanda koronavirus epidemiyası ilə bağlı vəziyyət gərgin olaraq qalır, tədbirlər sərtləşdirilməsə ümumi hal pisləşəcək”.
Qeyd edək ki, Ermənistanda bu günə qədər 190 min 741 nəfər koronavirusa yoluxub, 3 min 476 nəfər isə həmin xəstəlikdən vəfat edib.