Süveyş kanalındakı tıxacda Azərbaycan gəmisi varmı? - RƏSMİ CAVAB


Süveyş kanalının bağlanmasının Azərbaycanın beynəlxalq sularda üzən gəmilərinə heç bir təsiri olmayıb.

Bunu Yeniavaz.com-a “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Mətbuat xidməti bildirib.

“Həmin kanalın ərazisində ASCO-ya məxsus gəmilər üzmür. Xarici sulardakı fəaliyyətimiz uzun fasilədən sonra 2014-cü ildə Prezident İlham Əliyevin tapşırığına əsasən, “Üzeyir Hacıbəyli” və “Natəvan” gəmilərinin alınması ilə bərpa edilib. Hazırda Qara və Aralıq dənizi hövzələrində ASCO-ya məxsus 11 gəmi Azərbaycan bayrağı altında üzür. Onlardan 3-ü tanker, 8-i quru yük daşıyan gəmidir”- deyə vurğulanıb.

DİGƏR XƏBƏRLƏR

Top