Ermənistan mətbuatı millimizin sabiq üzvündən yazıb

Ermənistan mətbuatı millimizin sabiq üzvü Vaqif Cavadovdan yazıb. "golosarmeni.am" saytında "Sumqayıt"dan ayrılan futbolçumuzun Rusiyanın "Anji" klubundan gələn təklifə rədd cavabı verdiyi qeyd olunub. Cavadovun "Anji"dən imtina etməsinə komandanın baş məşqçisinin ermənistanlı Aleksandr Qriqoryan olması səbəb göstərilib. Mənbə xəbərdə "Futbol+" qəzetinin məlumatından istifadə edib. Cavadov bir müddət öncə qəzetə verdiyi açıqlamada "Anji"dən gələn təklifi rədd etdiyini demişdi. O bildirmişdi ki, Mahaçqala klubundan kifayət qədər ciddi təklif alıb. Ancaq komandanın baş məşqçisi erməni olduğu üçün təklifi dəyərləndirməkdən imtina edib. Qeyd edək ki, bu xəbər erməni saytında günün ən çox oxunan xəbərlərindən biri olub. qafqazinfo

DİGƏR XƏBƏRLƏR

Top