Subsidiya verilən fermerlərə XƏBƏRDARLIQ


Kənd təsərrüfatı məhsulu istehsalının subsidiyalaşdırılması qaydasının pozulmasına görə cərimə müəyyənləşdirilir.

İnzibati Xətalar Məcəlləsinə bununla bağlı yeni - 411-2 maddəsinin əlavə edilməsi təklif olunur.
Layihəyə əsasən, fermer tərəfindən “electron kənd təsərrüfatı” informasiya sisteminə bilərəkdən yanlış məlumat daxil edilməklə subsidiya alınmasına, yaxud hesablarına köçürülən subsidiya məbləğindən təyinatı üzrə istifadə edilməməsinə görə xəbərdarlıq edilir və ya inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) 2 mislindən 4 mislinədək miqdarda cərimə tətbiq olunması nəzərdə tutulur. (APA)

 

 

DİGƏR XƏBƏRLƏR

Top