Dəfnə yarpağının belə istifadəsi FAYDALIDIR – Revmatizm, xərçəng...


Dəfnə yarpağının faydalarını saymaqla bitməz. Dəfnə yarpağı maqnezium, mis, kalium, kalsium, sink, dəmir, A, C və bir çox vitaminlərlə zəngindir.
Yeniavaz.com
xəbər verir ki, arıqlamaq istəyənlər dəfnə yarpağının suyundan istifadə edə bilər. Həmçinin yatmazdan əvvəl qəbul edilərsə, rahat yuxuya getmənizə səbəb olar. 
Dəfnə toxumlarının dəmlənilib içilməsi yaddaşı gücləndirir, vanna qəbul edilməsi isə sidik kisəsi və uşaqlığın iltihabi xəstəliklərində faydalıdır. Eyni zamanda şiddətli baş ağrılarını aradan qaldırır, hərarəti aşağı salır, qrip və ya soyuqdəymələr zamanı sağaldıcı təsirə malikdir. Tərkibində dəfnə olan sabun saç tökülməsini aradan qaldırır, antiseptik xüsusiyyətlərinə görə dəridə olan bakteriya və göbələkləri məhv edir.
Hamiləlik əvvəli və sonrası faydalıdır. Lakin hamiləlik zamanı istifadəsi həkimlər tərəfindən məsləhət görülmür. Revmatizm kimi oynaq ağrılarının aradan qaldırılmasında və xərçəng xəstəliyi ilə mübarizədə də faydalıdır. Dəfnə yarpağının yandıralaraq istifadəsi həm ətrafa xoş qoxu saçır, həm də baş ağrısı, ağciyər, diabet və xərçəng xəstəliyinə faydalıdır.

Dəfnə yarpağı çayı necə hazırlanır?
Dəfnə yarpağı çayı bədəndən artıq suyun atılması üçün istifadə olunur. Həmçinin dəmir çatışmazlığı müalicəsində də rolu böyükdür. Dəfnə yarpağı çayını 2 fərqli şəkildə hazırlaya bilərsiniz. 1 böyük fincan çay üçün 3 dəfnə yarpağını su ilə qaynadın və sonra 3-4 dəqiqə dəmlənməyə qoyun. Və ya suyu qaynatdıqdan sonra dəfnə yarpaqlarını stəkana töküb, ağzı bağlı vəziyyətdə 8-10 dəqiqə dəmləyin. Bir az soyuqdan sonra içə bilərsiniz.
Qeyd: Dəfnə yarpağının zərərləri insandan-insana dəyişə bilər. Belə ki, hamilə və süd verən qadınların istifadə etməsi məsləhət görülmür. Mərkəzi sinir sisteminə zərər verə bilər. Bununla yanaşı allergiyalı şəxslərin istifadəsi məsləhət görülmür.

DİGƏR XƏBƏRLƏR

Top