“Twitter”də ən çox izlənilən dövlət başçıları – SİYAHI


“Twitter” sosial şəbəkəsində ən çox izlənilən dövlət başçılarının siyahısı açıqlanıb.
Yeniavaz.com məşhur “statista” portalına istinadən bildirir ki, hazırda “Twitter”də ən çox izləyicisi olan dövlət başçısı Hindistanın baş naziri Narendra Modi hesab olunur. Narendra Modiyə məxsus hesabın 107,8 milyon izləyicisi var.
Məlumat üçün bildirək ki, 9 noyabr 2020-ci ildə açıqlanan məlumatda ən çox izləyicisi olan dövlət başçısı ABŞ-ın sabiq prezidenti Donald Tramp hesab olunurdu. O zaman Donald Trampa məxsus hesabın 111 min izləyicisi olub. Lakin, bu ilin əvvəlində ABŞ-da baş verən siyasi böhran zamanı Donald Trampın 111 milyon izləyicisi olan hesabı “Twitter” tərəfindən ləğv olunub.
“Twitter”də ən çox izləyicisi olan dövlət başçılarının siyahısında 2-ci yerdə Roma Papası Fransisk dayanır. Roma Papasının  doqquz fərqli dildə hesabı var və onların ümumilikdə  52 milyon izləyicisi var. Onların arasında ən böyüyü ingilis dilində olan hesabıdır. Bu hesabın 18,9 milyon izləyicisi var.
ABŞ-ın yeni prezidenti Co Baydenə məxsus “Twitter” hesabı 39 milyon izləyici ilə Roma Papasına məxsus hesabdan sonra 3-cü yerdə qərarlaşıb.
Növbəti yerlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana  və İndoneziya prezidenti Joko Vidodoya məxsus hesablar yer alır. Ərdoğanın “Twitter” hesabının 26 milyon, Vidodonun isə 15,5 milyon izləyicisi var.
Pakistanın Baş naziri İmran Xana məxsus hesab 13,4 milyon izləyicilə 6-cı sırda qərarlaşıb.
Məlumat üçün onu da qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinə məxsus olan “Rusiya Prezidenti” adlı “Twitter” hesabının 3,4 milyon izləyicisi var.
Azərbaycan Prezidenti İlham Əliyevin hesabını isə 675,7 min izləyici təqib edir.
“Twitter”də Ermənistanın baş naziri Nikol Paşinyana məxsus hesabı izləyənlərin sayı isə 145 minə bərabərdir.

 

DİGƏR XƏBƏRLƏR

Top