Kreml Paşinyanın istefası məsələsinə münasibət bildirdi


Kremlin sözçüsü Dmitri Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın istefa verməsilə bağlı məsələyə münasibət bildirib.
Yeniavaz.com
“Ria.ru”ya istinadən xəbər verir ki, bu barədə Peskov jurnalistlərin suallarını cavablandırarkən məlumat verib. Onun sözlərinə görə Paşinyanın istefa verməsinə görə məsələnin Rusiya prezidenti Vladimir Putin ilə müzakirə edilməsinə ehiyac yoxdur:
"Əvvəla, Paşinyan hələ də fəaliyyətini davam etdirir, ictimaiyyətə açıqlanan bu qərar dərhal danışıqlar tələb etmir".
Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan bazar günü ölkənin Armavir bölgəsinin sakinləri ilə görüşü vaxtı erkən parlament seçkiləri üçün aprel ayında rəsmi olaraq istefa edəcəyini söyləyib.


 

DİGƏR XƏBƏRLƏR

Top