
Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda 23 min 419 baş eşşək mövcud olub.
Yeniavaz.com-un açıqlanan rəsmi statistikaya istinadən apardığı hesablama göstərir ki, ötən bir il ərzində eşşəklərin sayı 2 min 361 baş azalıb.
Açıqlanan rəsmi məlumatlar göstərir ki, son illər ərzində Azərbaycanda eşşəklərin sayı sürətlə azalır. Son 14 ildə - 2008-2021-ci illərdə Azərbaycanda eşşəklərin sayı 2 dəfə azalaraq 47,2 mindən 23,4 min başa düşüb.
Son 14 ildə eşşəklərin sayı aşağıdakı kimi olub:
| Tarix | Eşşəklərin sayı |
| 1 yanvar 2008-ci il | 47,2 min |
| 1 yanvar 2009-cu il | 46,4 min |
| 1 yanvar 2010-cu il | 46,0 min |
| 1 yanvar 2011-ci il | 46,1 min |
| 1 yanvar 2012-ci il | 45,9 min |
| 1 yanvar 2013-ci il | 44,3 min |
| 1 yanvar 2014-cü il | 43,4 min |
| 1 yanvar 2015-ci il | 40,0 min |
| 1 yanvar 2016-cı il | 35,8 min |
| 1 yanvar 2017-ci il | 34,1 min |
| 1 yanvar 2018-ci il | 30,9 min |
| 1 yanvar 2019-cu il | 28,0 min |
| 1 yanvar 2020-cu il | 25,8 min |
| 1 yanvar 2021-ci il | 23,4 min |
Məlumat üçün bildirək ki, Azərbaycanda ən çox eşşəyin olduğu rayon Ağstafa rayonu olub – 1 852 baş. Ən az eşşəyin olduğu rayon isə Xocavənd rayonu olub - 1 baş.
Digər şəhər və rayonlarda isə eşşəklərin sayı belə olub.
| Şəhər və rayonlar | Eşşəklərin sayı |
| Bakı şəhəri | 3 |
| Xızı rayonu | 89 |
| Abşeron rayonu | 15 |
| Qazax rayonu | 1 158 |
| Ağstafa rayonu | 1 852 |
| Tovuz rayonu | 1 680 |
| Şəmkir rayonu | 1 467 |
| Gədəbəy rayonu | 409 |
| Daşkəsən rayonu | 261 |
| Samux rayonu | 865 |
| Göygöl rayonu | 236 |
| Goranboy rayonu | 592 |
| Naftalan şəhəri | 2 |
| Zaqatala rayonu | 11 |
| Qax rayonu | 36 |
| Şəki şəhəri | 620 |
| Oğuz rayonu | 209 |
| Qəbələ rayonu | 85 |
| Astara rayonu | 333 |
| Lənkəran şəhəri | 40 |
| Lerik rayonu | 1 556 |
| Yardımlı rayonu | 652 |
| Masallı rayonu | 12 |
| Cəlilabad rayonu | 546 |
| Qusar rayonu | 77 |
| Xaçmaz rayonu | 708 |
| Quba rayonu | 971 |
| Şabran rayonu | 154 |
| Siyəzən rayonu | 297 |
| Göyçay rayonu | 3 |
| Beyləqan rayonu | 190 |
| Ağcabədi rayonu | 144 |
| Bərdə rayonu | 138 |
| Neftçala rayonu | 140 |
| Salyan rayonu | 184 |
| Yevlax şəhəri | 66 |
| Ağdaş rayonu | 73 |
| Zərdab rayonu | 44 |
| Kürdəmir rayonu | 53 |
| Saatlı rayonu | 36 |
| Sabirabad rayonu | 965 |
| Hacıqabul rayonu | 374 |
| Cəbrayıl rayonu | 11 |
| Füzuli rayonu | 303 |
| Ağdam rayonu | 216 |
| Tərtər rayonu | 110 |
| Xocavənd rayonu | 1 |
| Laçın rayonu | 79 |
| Qobustan rayonu | 152 |
| İsmayıllı rayonu | 228 |
| Ağsu rayonu | 112 |
| Şamaxı rayonu | 352 |
| Naxçıvan şəhəri | 115 |
| Şərur rayonu | 835 |
| Babək rayonu | 524 |
| Ordubad rayonu | 520 |
| Culfa rayonu | 282 |
| Kəngərli rayonu | 461 |
| Şahbuz rayonu | 1 691 |
| Sədərək rayonu | 81 |
Tətbiqimizi yükləyə bilərsiniz