Ramazan ayı ilə bağlı fətva veriləcək


Qafqaz Müsəlmanları İdarəsi bildirir ki, yaxın günlərdə QMİ Qazılar Şurasının toplantısı olacaqdır və Ramazan ayının başlanması ilə əlaqədar müvafiq Fətva veriləcək. 

QMİ-nin Mətbuat Xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, bu il Ramazan ayının dəqiq başlanma tarixi QMİ Qazılar Şurasının Fətvasında bəyan ediləcək. 

Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayının ilk gününü Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının Ayın ölkəmizin üfüqi ərazisində görünməsinə dair hesablamalarına istinadən  müəyyən edir.

DİGƏR XƏBƏRLƏR

Top