BMT suriyalılara yardım üçün hərəkətə keçdi


Birləşmiş Millətlər Təşkilatı beynəlxalq ictimaiyyətdən milyonlarla suriyalıya yardım üçün 10 milyon dollara ehtiyac olduğunu açıqlayıb.
Yeniavaz.com
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, açıqlama BMT-nin Humanitar İşlər  Ofisi, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və BMT İnkişaf Proqramı tərəfindən verilib. Bildirilib ki, Suriyada aclıq və yoxsulluq artmaqda davam edir. Bundan başqa 5 suriyalıdan 4-nün qonşu ölkələrə sığındığı vurğulanıb. Ölkə daxilində və qonşu ölkələrdə köməyə ehtiyacı olan suriyalıların sayının bu il 20 milyondan 24 milyona qalxdığı deyilib.
2021-ci ildə ölkə daxilində yaşayan suriyalıların xərclərinin ödənilməsi üçün 4,2 milyard, qonşu ölkələrdəki suriyalıların xərclərinin ödənilməsi üçün isə 5,8 milyard dollara ehtiyac olduğu bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top