Türkiyə XİN-dən Azərbaycanla qarşılıqlı səyahət barədə YENİ AÇIQLAMA


"Azərbaycan və Türkiyə hökumətləri arasında 10 dekabr 2020-ci il tarixində Bakıda imzalanan şəxsiyyət vəsiqəsilə səyahət protokolunun daxili təsdiq müddəti hər iki ölkədə sona çatıb".
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin rəsmi səhifəsində məlumat verilib:
“Sözügedən protokol 1 aprel 2021-ci ildən etibarən qüvvəyə minəcək. Beləliklə hər iki ölkənin vətəndaşları Türkiyə və Azərbaycan arasında birbaşa səyahətləri pasport olmadan, yalnız yeni şəxsiyyət vəsiqələrini təqdim etməklə həyata keçirə biləcəklər. 1 aprel tarixindən etibarən can Azərbaycan ilə həyata keçiriləcək yeni tənzimləmə ölkələrimiz arasında iki dövlət, bir millət fikrində ifadə olunan möhkəm qardaşlıq bağlarını daha da gücləndirəcəkdir”.

 

DİGƏR XƏBƏRLƏR

Top