Azərbaycanda 243 şagirdin təhsil aldığı məktəb koronavirusa görə bağlandı


Qax rayonundakı Zakir Müslümov adına Qum kənd tam orta məktəbi COVID-19 səbəbindən bağlanıb.
Yeniavaz.com
"report"a istinadla xəbər verir ki, tədris ocağında koronavirusa yoluxma aşkarlandığından Qax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin qərarına əsasən bağlanıb.
Bildirilib ki, məktəb martın 29-dan iki həftə bağlı qalacaq və tədris distant formada həyata keçiriləcək. Hazırda dərslər onlayn formada keçirilir.
Qeyd edək ki, məktəbdə 243 şagird təhsil alır.

DİGƏR XƏBƏRLƏR

Top