İndoneziyada neftayırma zavodunda yanğın - 28 yaralı - VİDEO


İndoneziyanın İndramayu bölgəsində Balongan neftayırma zavodunda partlayış baş verib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 28 nəfər xəsarət alıb. Partlayışdan sonra neftayırma zavodunda yanğın baş verib. Partlayışın səbəbi hələ müəyyənləşdirilməsə də ilkin ehtimal kimi ildırım vurması göstərilib. Hadisə yerinə yüzlərlə yanğınsöndürmə maşınları cəlb olunub. Zavoda yaxın ərazilərdə yerləşən evlərin sakinləri evakuasiya edilib. Partlayış bölgəyə yaxın evlərə zərər verib.
Partlayış baş verən neftayırma zavodu İndoneziyanın dövlət şirkəti olan “Pertamina”ya məxsusdur.

DİGƏR XƏBƏRLƏR

Top