"Dünyada bir Çin var"

Çin ABŞ qarşısında şərt qoyub. "Yeniavaz.com" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çin bundan sonra ABŞ-ın "təkcə Çin siyasəti"nə qarşı çıxacağı təqdirdə Trampın gözyaşına baxmayacağını bildirib. Çinin "China Daily" qəzetinin məlumatına görə, Tramp "Ağ Ev"i təhvil aldıqdan sonra Çin-ABŞ əlaqələrinə önəm verməzsə, Pekinin ona qarşı acımasız olmaqdan başqa yolu olmayacaq. Həmin məqalədə həmçinin bu əlaqələrin pozulmasının hər iki ölkəyə ciddi təsir edəcəyi haqda da yazılıb. Çinin xarici işlər nazirliyinin dünən ki məlumatında deyilir ki, dünyada bir Çin var. Qeyd edək ki, 1949-cu ildə Mao Tszedunun iqtidara gəlməsindən sonra bəzi hökümət üzvləri Tayvana qaçaraq orada özlərinə müstəqillik elan ediblər. Milliyətçi Çin kimi tanınan Tayvanı belə qurublar. Ancaq Çin bugün də Tayvanın müstəqilliyini qəbul etməyərək bu adanın Çinin ərazi vahidi olduğunu bildirir. Məlumat üçün bildirək ki, Tayvanın müstəqilliyini o vaxtdan bu vaxta qədər cəmi 22 ölkə tanıyıb.

DİGƏR XƏBƏRLƏR

Top