Suqovuşanda yaralıların döyüş bölgəsindən çıxarılması görüntüləri - VİDEO


Hərbi bloger Tofiq Şahmuradov Vətən müharibəsində Suqovuşan istiqamətində yaralıların şəhid polkovnik Babək Səmidlinin başçılığı ilə çıxarılması barədə yazıb və həmin an çəkilmiş görüntüləri paylaşıb.
Yeniavaz.com
xəbər verir ki, bloger, yaralıların çıxarılmasında özünün də iştirak etdiyini bildirib və həmin anları belə xatırlayıb:
""951" yüksəkliyinə gedən yolu ermənilər vururdu, irəli getmək mümkün deyildi. Babəklə gəldik buraya, Babək dedi niyə irəliləmirsiniz? Dedilər, “sanitarka”nın biri vurulub, girmək olmur oraya. Babək “sanitark”anın qabaq qapısın açdı, oturdu, şoferə dedi, sür oraya. Dostumuz Rahim Calalov da qaçdı, oturdu Babəkin yanına, çıxıb getdilər. Qaldım tək burada. Babəkin xidməti maşını “pikap” qaldı yanımda, amma sürüb gedə bilmirəm. Çünki mexanikadı, mən də mexanika sürə bilmirəm. Dedim, kim sürə bilir mexanika, sürün gedək yaralı çıxardaq biz də. Briqadanın tibb xidmət rəisi Qafur Həsənov dedi mən sürə bilirəm, amma bunu sürə bilmərəm, korpus komandirinin müavinin maşınıdı, vurulub eləyər. Dedim, sür, cəhənnəmə vurulsun.
Yaralıların çıxarılmasında hamının böyük zəhməti oldu. Atəş altında yaralıları çıxardarkən "N" saylı briqadanın tibb xidmət rəisi Qafur Həsənov böyük şücaət göstərdi. Sanitarkanın təkəri vuruldu, diskinin üstündə sürüb çıxartdı maşını oradan. Döyüş meydanında bir yaralı qoymadı. Babək onu orada qucaqladı və dedi ki, “Milli Qəhrəman” söz vermirəm, amma sənə "Azərbaycan Bayrağı" ordeni verdirəcəyəm. Babək şəhid olsa da, yazıb qoymuşdu. Qafur Həsənov "Azərbaycan bayrağı" aldı".
T. Şahmuradovun paylaşdığı kadrları təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top