Türkiyə millisində 3 futbolçu koronavirusa yoluxub


Dünya Çempionatı 2022-nin seçmə mərhələsinə əla başlayan Türkiyə millisində 3 futbolçunun koronavirus testi müsbət çıxıb.
Yeniavaz.com
"NTV Spor"a istinadla xəbər verir ki,  2-ci turda İspaniyanın Malaqa şəhərində Norveçi 3:0 hesabı ilə məğlub edən Türkiyə millisinin heyəti İstanbula qayıdarkən koronavirus testindən keçib. Bu zaman 3 oyunçuda simptomsuz koronavirus aşkarlanıb.
Lakin sözügedən oyunçuların vəziyyəti sabah, Latviya ilə görüşdən əvvəl FİFA tərəfindən götürüləcək test zamanı müəyyənləşəcək. Nəticə eyni olarsa, 3 futbolçu millinin heyətindən çıxarılacaq.
Onu da bildirək ki, koronavirus aşkarlanan oyunçuların adları açıqlanmayıb.
Martın 30-u keçiriləcək Türkiyə-Latviya görüşü Bakı vaxtı ilə 22:45-də başlayacaq.

DİGƏR XƏBƏRLƏR

Top