Almaniya koronavirusa nəzarəti itirib


“Pandemiyanın ən təhlükəli nöqtəsindəyik. Qarşıdakı həftələrdə koronavirusa nəzarəti əldə edib-edə bilməyəcəyimiz ilə bağlı qərar veriləcək”.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın baş naziri Angela Merkelin mətbuat katibi Helge Braun məlumat verib. O bildirib ki, xəstəlik sürətlə artarsa, virus mutasiyasının peyvəndə qarşı dayanma riski artar, bu halda isə əlavə peyvəndlərə ehitiyac hiss oluna bilər. 
Qeyd edək ki, Almaniyada son həftələrdə, xüsusilə də son günlərdə koronavirusa yoluxma halları artıb. Bu günə kimi ölkədə 2 milyon 786 min 345 nəfər koronavirusa yoluxub, 76 min 468 nəfər isə xəstəlik səbəbindən dünyasını dəyişib.

DİGƏR XƏBƏRLƏR

Top