Almaniya XİN rəhbəri: “Trampın dedikləri NATO-nu narahat edir”

“Trampın NATO-nu köhnəlmiş qurum adlandırması alyansı narahat edir”. Bunu Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer NATO baş katibi Yens Stoltenberqlə keçirdiyi görüşdən sonra bəyan edib. O bildirib ki, Trampın fikirləri Brüsseldə narahatlıq və təəccüb doğurub. Nazirin fikrincə, ABŞ-ın yeni seçilmiş prezidentinin dedikləri başqa yerlərdə də eyni reaksiyaya səbəb olub. NATO-nun özündə isə Trampın bu fikirlərini şərh etməyiblər. ABŞ-ın yeni prezidenti Donald Tramp inauqurasiya mərasiminə 4 gün qalmış Britaniyanın “The Times” və Almaniyanın “Bild” qəzetlərinə verdiyi müsahibəsində deyib: "NATO çox mühüm təşkilatdır. Amma bu strukturdakı 22 ölkədən yalnız 5-i müdafiəyə yetərincə pul ayırır. NATO-nun problemləri olduğunu çoxdan deyirəm. Əvvəla, NATO qocalıb, çünki çoxdan yaradılıb. Sonra da bu təşkilatdakı ölkələr üzvlük haqlarını ədalətli şəkildə ödəmirlər".Virtualaz.org

DİGƏR XƏBƏRLƏR

Top