Slovakiyada koalisiya hökumətindəki gərginlik davam etdiyi üçün baş nazir İqor Matoviç istefa verəcəyini bildirib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, baş nazir koalisiya daxilində baş verən problemlərin həll olunması məqsədilə İqtisadiyyat naziri Eduard Heqerin baş nazir təyin edilməsi şərti ilə partiyasından istefa verə biləcəyini açıqlayıb. Bundan başqa o, bildirib ki, baş nazir postundan istefa verdikdən sonra İqtisadiyyat naziri postuna gətirilməsini tələb edib.
Onun bu təklifi iqtidardakı üç partiya tərəfidən qəbul edilib və hökumətin davam etdirilməsinə qərar verilib.
Qeyd edək ki, narazılıqlar baş nazir Matoviçin hökumətin digər üzvləri ilə məsləhətləşmədən Rusiyadan koronavirus əleyhinə peyvənd almaq istəməsindən sonra başlayıb.