Süveyş kanalını bağlayan gəmi boşaldılacaq


Misir prezidenti Əbdül Fəttah əs-Sisi Süveyş kanalında hərəkəti dayandıran “Ever Given” konteyner gəmisinin boşaldılması barədə əmr verib.

Bu barədə “Extra News” telekanalı məlumat yayıb.
Öz növbəsində su kanalının idarə rəhbəri Usama Rabia “Al-Arabiya” telekanalına verdiyi müsahibəsində belə bir ssenarinin hazırlandığını təsdiqləyib.
“Gəmini hərəkətə gətirmək üçün gecə-gündüz çalışırıq, işlər iki yolla aparılır – yedəyə qoşub dartma və dibin təmizlənməsi. Üçüncü ssenariyə – gəmidəki yüklərin azaldılması işlərinə hazırlaşırıq. Bu ssenari çox çətindir və çox vaxt tələb edir”, - Rabia belə deyib.//apa

DİGƏR XƏBƏRLƏR

Top