“Qoy, xalq öz fikrini sərbəst şəkildə ifadə etsin" - Saakaşvili


Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili maraqlı bəyanatla çıxış edib.
“TV Pirveli”nin efirində çıxış edən keçmiş dövlət başçısı yerli əhalinin ona münasibətini öyrənmək üçün sosial eksperiment kimi ölkəyə girişinə icazə verilməsini təklif edib.  
“Qoy, xalq öz fikrini sərbəst şəkildə ifadə etsin. Niyə buna imkan vermirlər?”, - deyə Saakaşvili bildirib. O, qeyd edib ki, Gürcüstan torpağına ayaq basan kimi xalqın 70-75%-nin onu, cəmi 5%-nin isə indiki hakimiyyəti dəstəklədiyi üzə çıxacaq.
Eks-prezident əlavə edib ki, Gürcüstan hakimiyyəti nümayəndələri bir neçə dəfə Ukraynaya gələrək, yerli məmurlardan onu öz ölkəsinə təhvil verməməyi xahiş ediblər.
Xatırladaq ki, M.Saakaşvili 2013-cü ildə ölkəsini tərk edib. Ona qarşı Gürcüstanda bir neçə cinayət işi qaldırılıb. Eks-prezidentin vətəninə dönən kimi həbs olunacağı bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top