Misirin paytaxtı Qahirədə 10 mərtəbəli yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 25-ə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Misirin təhlükəsizlik orqanları məlumat yayıb.
Məlumata görə, xəsarət alanların sayı isə 24-ə çatıb.
Qeyd edək ki, ötən gecə Qahirənin Qisr-əs-Süyes rayonunda 10 mərtəbəli binada baş verən partlayış nəticəsində bina çöküb.