Lənkəranda oğul anasını bıçaqladı


Lənkəran rayonunda oğul anasını bıçaqlayıb.
Hadisə Lənkəran şəhəri, Rövşən Bayramov küçəsi, 29 ünvanında baş verib.
Belə ki, 1948-ci il təvəllüdlü Rəisə Əzizova bədəninin müxtəlif yerlərində kəsilmiş-deşilmiş yaraları ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisənin R.Əzizovanın oğlu tərəfindən ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.(report)

DİGƏR XƏBƏRLƏR

Top