Paşikyan Ermənistanın müharibədəki yaralılarının sayını açıqladı


“İkinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələri və təhlükəsizlik qüvvələrinin 11 min hərbçisi və əməkdaşı yaralanıb”.
Yeniavaz.com
Ermənistan mediasına istinadən xəbər verir ki, bunu ölkənin Müdafiə Nazirliyinin Hərbi-Tibbi İdarəsinin rəis müavini Qeqam Paşikyan martın 28-də keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 2020-ci il sentyabr-oktyabr aylarında yaralananların 55 faizinin vəziyyəti yüngül, 26 faizi orta, 19 faizi ağırdır.

DİGƏR XƏBƏRLƏR

Top