Paşinyan istefa verəcəyi vaxtı açıqladı


Ermənistanın baş naziri Nikol Paşinyan istefa verəcəyi tarixi açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, o, martın 28-də Ermənistanın Armavir vilayətinin Araqas kəndində sakinlərlə görüşündə bu ilin aprelində istefa verəcəyini bildirib.
Paşinyan növbədənkənar parlament seçkiləri keçirilənədək Nazirlər Kabineti səlahiyyətlərini icra edəcəyini qeyd edib: “Hakimiyyətdən getmək üçün deyil, növbədənkənar seçkilərin keçirilməsi üçün apreldə istefa verəcəyəm”.
Qeyd edək ki, Nikol Paşinyan martın 18-dəki çıxışında bu ilin iyun ayının 20-də Ermənistanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyini bildirmişdi. 

DİGƏR XƏBƏRLƏR

Top