Naftalan sakinlərində narkotik aşkarlandı


Naftalan şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilən şəhər sakinləri, Pərviz Ruzicəngi və Rəfail Əliyev şəhər ərazisində saxlanılaraq, ŞPŞ-yə gətirilib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yeniavaz.com-a verilən məlumata görə, onların üzərində şəxsi axtarış keçirilən zaman P. Ruzicənginin cibindən 1 ədəd kağız bükümdə 0.284 qram, R. Əliyevin cibindən isə 1 ədəd kağız bükümdə 0.401 qram narkotik vasitə olan “heroin” aşkar edilərək götürülüb. Faktla bağlı araşdırmalar davam etdilir.

DİGƏR XƏBƏRLƏR

Top